Bakıda Stomatoloji Turizm

Səyahət et və özünə gözəl bir təbəssüm hədiyyə et!

İllik Təcrübə
0
Əməliyyatlar / Prosedurlar​
0 +
Müştəri Sadiqliyi​
0 %

Yalnız stomatologiya deyil, həm də Bakıda unudulmaz səyahət!

Konsultasiya

Klinikamız pulsuz olaraq onlayn konsultasiya imkanı təklif edir, bu da müalicə planını və qiyməti əvvəlcədən müzakirə etməyə imkan yaradır.

Təcrübə

20 ildən çox iş təcrübəsinə malik ixtisaslaşmış mütəxəssislər.

Keyfiyyət

Klinikamız müasir avadanlıqla təchiz olunub və geniş stomatoloji xidmətlər təqdim edir.

Yerləşmə

Bakı inkişaf etmiş nəqliyyat infrastrukturu və beynəlxalq hava limanı sayəsində digər ölkələrlə yaxşı əlaqəlidir.

Zəmanət

Şirkətimiz pasiyentlərə aparılan prosedurlar üçün 10 illik zəmanət təklif edir.

Aviabiletlər

Xarici pasiyentlərin rahat və sərfəli müalicəsi üçün şirkət uçuş biletinin 30%-ni ödəyir.

Oteldə gecələmə

Xarici pasiyentlərin rahat gecələməsi üçün müalicə müddətindən asılı olaraq onlara pulsuz olaraq 4 və ya 5 ulduzlu otel təqdim ediləcək.

Öncədən ödəniş yoxdur!

Azərbaycanın stomatoloji xidmətlərinin qiymətləri Avropa, Rusiya və ya ABŞ-la müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Bu, müalicəni xarici pasiyentlər üçün maliyyə baxımından sərfəli edir.

Bakı şəhəri haqqında (Azərbaycan)

Bakı — Azərbaycanın paytaxtı və ən böyük şəhəri, Xəzər dənizinin sahilində yerləşir. Bu, qədim ənənələrlə müasir memarlığın birləşdiyi dinamik bir meqapolisdir. Şəhərin mərkəzində, regionun zəngin irsini əks etdirən, Qız qalası və Şirvanşahlar sarayı kimi tarixi abidələrə rast gəlmək olar. Müasir binalar, məsələn, Flame Towers, şəhərə unikal bir görünüş verir. Şəhər, neft və qaz da daxil olmaqla enerji resursları sayəsində strateji əhəmiyyətə malikdir. Bundan əlavə, Bakı, muzeyləri, teatrları və müxtəlif yeməklərdən ibarət zəngin mətbəxi ilə ziyarətçiləri cəlb edən vacib bir mədəniyyət və turizm mərkəzinə çevrilmişdir.

Bakıda stomatoloji turizm

Bakıdakı stomatoloji turizm, sağlamlıq və təbəssümünü bərpa etmək istəyən pasiyentlərə, eyni zamanda Bakı şəhərin istirahət etmək imkanı yaradır.

Keyfiyyətli xidmətlər

Bakıda yüksək ixtisaslı mütəxəssisləri olan müasir stomatoloji klinikalar fəaliyyət göstərir. Bir çox həkimlərin xaricdə iş təcrübəsi var və müasir texnologiya və materiallardan istifadə edirlər.

Sərfəli qiymətlər

Bakıda stomatoloji prosedurlar çox vaxt Avropa, Rusiya və ya ABŞ-dan xeyli ucuz başa gəlir, bu da şəhəri qənaət arayan xəstələr üçün cəlbedici edir.

Geniş çeşidli xidmətlər

Bakıda müxtəlif stomatoloji prosedurlar mövcuddur - profilaktik müayinələrdən və təmizləmələrdən tutmuş implantasiya, ortodontiya və estetik stomatologiya kimi mürəkkəb əməliyyatlara qədər.

Müasir avadanlıq

Bizim klinika ən son texnologiya ilə təchiz olunub ki, bu da yüksək səviyyədə müalicə və xəstələrin rahatlığını təmin etməyə imkan verir.

Qonaqpərvərlik və xidmət

Şirkətimiz təkcə diş müalicəsini deyil, həm də yerləşdirmə, transfer və ekskursiya proqramlarını özündə əks etdirən xidmət paketləri təklif edir ki, bu da səfəri daha rahat edir.

Mədəni istirahət

Stomatoloji prosedurlardan sonra pasientlər Bakının mədəni və tarixi görməli yerlərindən həzz ala bilərlər ki, bu da səfərə dəyər qatır.

Play Video

Bakıdakı stomatoloji turizm keyfiyyətli müalicə almaq və regionun ən gözəl şəhərlərindən birinə səfər etməkdən həzz almaq imkanıdır.

 

Stomatoloji turizm nədir?

Stomatoloji turizm — insanlar digər bir ölkəyə səyahət edərək stomatoloji xidmətlər aldığı bir praktika. Bu xidmətlərə diş müalicəsi, implantasiya, ortodontik müalicə və digər stomatoloji prosedurlar daxildir. İnsanların stomatoloji turizmi seçmələrinin əsas səbəbi, bəzi ölkələrdə stomatoloji xidmətlərin qiymətinin öz vətənlərindəki qiymətlərlə müqayisədə çox daha aşağı olması ilə bağlıdır.

one

Şirkət seçimi

İlk addım, daha aşağı qiymətlərlə yüksək keyfiyyətli stomatoloji xidmətlər təklif edən ölkə və şirkət seçməkdir. Stomatoloji turizm üçün populyar istiqamətlərdən biri "Dr.Baku" şirkətidir. (Azerbaijan, Baku).

two

Konsultasiya və müalicə planı

Bizim klinikamız səyahət öncəsi onlayn konsultasiya imkanı təklif edir. Xəstələr öz dişlərinə aid şəkillərini göndərə və həkimlə video konsultasiya keçirə bilər. Bu məlumatlara əsaslanaraq, müalicə planı hazırlayaraq onun qiymətini və görüləcək prosderular haqqında məlumat pasientə təqdim olunacaq .

three

Səyahət təşkili

Bizim şirkət səyahətin təşkili üçün bir çox mərhələdə kömək edəcəkdir. Bu, aşağıdakılara daxildir:
Uçuş: Bakıya bir çox böyük şəhərlərdən asanlıqla gəlmək mümkündür. Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiyadan, Türkiyədən, Avropadan və digər ölkələrdən uçuşları qəbul edir. Bizim klinika aviabiletin 30% ödənişini öz üzərinə götürür.
Gecələmə: Şirkətimiz 4 və ya 5 ulduzlu oteldə pulsuz yerləşdirmə təklif edir.
Transfer: "Dr.Baku" şirkəti hava limanından klinikaya, otelə və geriyə transferləri təmin edir ki, bu da prosesi daha rahat edir.

four

Stomatoloji xidmətlərin qiymətləri

Bakıda diş müalicəsi Avropa ölkələri və ya ABŞ-dan qat-qat ucuzdur. Bu, xarici xəstələri cəlb edən əsas amillərdən biridir. Qiymət prosedurun mürəkkəbliyindən, istifadə olunan materialların markasından və klinikanın səviyyəsindən asılı ola bilər, lakin ümumilikdə daha yüksək qiymətə malik ölkələrdəki analoji xidmətlərlə müqayisədə 30-70% aşağı ola bilər.

five

Müalicə prosesi

Bakıya gəldikdən sonra pasient klinikada diaqnostika keçir və diş həkimi müalicə planını hazırlayır, bu plan bütün lazımi mərhələləri əhatə edir (məsələn, implantların yerləşdirilməsi, kanal müalicəsi, protezləşdirmə və ya dişlərin çıxarılması). Müalicə müddəti işin mürəkkəbliyi və həcminə görə dəyişə bilər. Bəzi hallarda bir neçə görüş tələb oluna bilər, bu da xəstənin şəhərdə bir neçə gün və ya həftə qalması deməkdir.

six

Zəmanət və müalicə sonrası nəzarət

Şirkətimiz yerinə yetirilən işlərə, məsələn, implant, protezlərə və.s bütün xidmətlərə zəmanət verir. Həmçinin, xəstənin evə döndükdən sonra konsultasiyaya ehtiyacı olarsa, videokonsultasiya vasitəsilə əməliyyatdan sonrakı nəzarəti təmin edir.

seven

Dil dəstəyi

Bütün mütəxəssislərimiz və heyyətimiz ingilis və rus dillərində danışa bilirlər, bu da pasientlərlə ünsiyyəti daha rahat edir. Bu mühüm məqamdır, çünki bəzi ölkələrdə dil baryeri problem ola bilər, amma Azərbaycanda çətin ki, bu problemlə qarşılaşasınız.

Bakıda stomatoloji turizmin üstünlükləri

Yüksək keyfiyyətli xidmət

Şirkətimiz müasir avadanlıqlarla təchiz olunub, qabaqcıl müalicə üsullarından istifadə edir və beynəlxalq standartlara uyğun işləyir.

Sərfəli qiymətlər

Bakıda stomatoloji xidmətlərin qiyməti inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağıdır, müalicənin keyfiyyəti isə çox yüksək standartlara cavab verir.

Yaxınlıq və əlçatanlıq

Bakı olmaq üçün əlverişli və gediş-gəliş asan olan şəhərdir. Rusiya, Türkiyə və digər MDB ölkələrindən müntəzəm uçuşlar Bakını qısamüddətli səfərlər üçün əlçatan edir

Rahatlıq və xidmət

“Dr.Baku” şirkəti sanatoriyada istirahət, müalicə (Naftalan, Quba, Qusar, Mərdyəkan, Göygöl, Qəbələ, Şıxov və Azərbaycanın digər müxtəlif şəhərlərində) transfer, tərcüməçilər kimi əlavə xidmətlər təklif edir.

Beynəlxalq reputasiya

Bakı tibbi turizm, o cümlədən diş müalicəsi mərkəzi kimi beynəlxalq aləmdə getdikcə daha çox tanınır və artıq xarici pasietlərdən yaxşı rəylər var.

full_jhtxznZm
scale_1200
full_PAnvdgxj
full_VwYnMksj
full_GtH7G93q

Unikal diaqnoz və müalicə sayəsində sağlamlığınıza əmin olun.

Cərrahi stomatologiya

full_1z872VNS

Terapevtik stomatologiya

full_dxPiBkid

Ortopedik stomatologiya

full_Wbi0q2oT

Ortodontik stomatologiya

full_DL3nfD84

Uşaq stomatologiyası

full_cSURSlFw

Estetik stomatologiya

full_nEHPl1Ff

Dr.Baku xatirə olaraq hədiyyələr

Müalicə kursunu tamamlayan hər bir xarici pasientlərə hədiyyə veriləcək.

20% Endirim

"DRBAKUDENTALFAMILY" promo kodundan istifadə edin və ailəvi müalicə paketlərinə 20% endirim əldə edin.

Ən son bloqlar

Sizin xidmətləriniz neçiyədir ?

Hər bir xəstənin öz diş problemləri var və hər biri fərdi yanaşma tələb edir. Prosedurların ilkin qiymətləri qiymətlər bölməsində yazılıb, lakin son qiymət onlayn konsultasiya zamanı həkim tərəfindən müəyyən ediləcək. Səyahət və müalicə qiymətləri digər ölkələrə nisbətən daha sərfəlidir.

Onlayn konsultasiya bitdikdən dərhal sonra pasientə həyata keçiriləcək prosedurlar və onlari qiyməti bildirilir. 

  • Aviabilet ödənişi ( 30% )
  • Oteldə gecələmə
  • Qidalanma ( Səhər yeməyi )
  • 3D tomoqrafiya və rentgen
  • Ağız boşluğunun ümumi müayinəsi
  • Qonaqların qarşılanması və transfer ( Hava limanı , Otel, Klinika )
  • Tərcüməçi
  • Tibbi sığorta
  • ” Dr.Baku ”  tərəfindən müxtəlif hədiyyələr

Onlayn konsultasiya çox rahat və sürətli prosedurdur. Onlayn konsultasiya zamanı həkimlə xəstə arasında videokonfrans vasitəsilə görüş keçirilir. Həkim xəstəni dişlə bağlı bütün şikayət və istəkləri tam və ətraflı sorğulayacaq. Bundan əlavə, xəstənin diş rentgenoqrafiyası varsa, bizə göndərilməsi məsləhətdir.

Diş implantlarını yerləşdirmək adətən ağrılı olmur, çünki yerli anesteziyadan istifadə olunur, bu da əməliyyat sahəsini hissizləşdirir.
 
İmplantasiya sonrası bir neçə gün ərzində narahatlıq, şişkinlik və ya yüngül ağrı yaranması mümkündür. Bu, orqanizmin normal reaksiyasıdır və diş həkimi tərəfindən tövsiyə olunan ağrıkəsicilərlə asanlıqla yüngülləşdirilə bilər.
 
Həkiminizin implantasiya sahəsi ilə bağlı qayğı tövsiyələrinə riayət etmək vacibdir ki, narahatçılıq minimuma endirilsin və sağalma prosesi sürətlənsin. Əgər ağrı və ya prosedurun digər aspektləri ilə bağlı narahatlıqlarınız varsa, mütləq diş həkiminizlə əlaqə saxlayın.
Dental implantasiya xəstənin sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilən bəzi əks göstərişlərə malikdir. Əsas olanlar bunlardır:
 
Ümumi xəstəliklər:
  • Nəzarət olunmaz şəkərli diabet.
  • Ürək-damar xəstəlikləri (infarkt, insult).
  • Bəzi otoimmün xəstəliklər.  

İmmun çatışmazlığı halları:

  • HİV/QİÇS.
  • Xroniki infeksiyalar.

Sümük toxuması xəstəlikləri:

  • Osteoporoz və ya sümük toxumasının keyfiyyətinə və miqdarına təsir edən digər şərtlər.

Siqaret çəkmək:

  • Güclü siqaret sağlamlığı pisləşdirə və implantın uğursuzluq riskini artıra bilər
Yaş:
  • Gənclərdə (18 yaşdan kiçik) çənə sümükləri hələ də inkişaf edə bilər, bu da implantların quraşdırılmasını vaxtından əvvəl edir və uğursuz nəticə riskini artırır.
Sümük toxumasının çatışmazlığı:
  • Ciddi sümük toxuması incəlməsi və ya itməsi əvvəlcədən prosedurların, məsələn, sümük plastikasının tətbiqini tələb edə bilər.
Bədxassəli şişlər:
  • Şiş prosesinin metastaz və irəliləmə riski.
 
Prosedurdan və onlayn-konsultasiyadan əvvəl diş həkiminiz implantlara uyğunluğunuzu müəyyən etmək üçün hərtərəfli müayinə və testlər keçirəcək.
Leyla / İzrail
32 yaş
Read More
Məni ən çox təəccübləndirən qiymət oldu. İmplant və bir neçə keramika üçün Moskva və ya digər Avropa ölkələrindən xeyli az pul ödədim. Keyfiyyət ən yüksək səviyyədədi: keyfiyyətli materiallardan istifadə olunub və bütün işlər böyük diqqət yetirilərək görülüb. Bu cür pula belə keyfiyyət ala biləcəyimizi heç gözləmirdim.
Nikolay / Rusiya
51 yaş
Read More
Münasib qiymətə keyfiyyətli müalicə axtaranlar üçün mütləq Bakıdakı (DrBaku) stomatoloji turizm şirkətini tövsiyə edirəm. Bura, pula qənaət etməklə yanaşı, səviyyəli diş müalicəsi almaq üçün əla yerdir. Bu təcrübə mənim üçün çox uğurlu oldu və şübhəsiz ki, gələcəkdə növbəti prosedurlar üçün qayıdacağam. Yüksək səviyyəli xidmətə görə bütün klinika komandasına və təşkilatçılara təşəkkür edirəm!
Ruslan / Rusiya
46 yaş
Read More
Yaxşı rəyləri və müasir avadanlıqları olan bir şirkəti - "DrBaku"nu seçdim və peşman olmadım. İlk qəbulda həkimlər dişlərimi diqqətlə yoxladılar, lazımi fotoşəkilləri istəyərək mənə tam uyğun olan müalicə planını təklif etdilər. Bütün prosedurlar ağrısız keçib, müalicə prosesinin özü də çox peşəkar şəkildə təşkil olunub. Birlikdə işlədiyim həkim əla rus dilində danışırdı, bu da ünsiyyəti xeyli asanlaşdırırdı.
Sabina / Rusiya
28 yaş
Read More
Bakı mənim üçün ən xoş təəssüratlar ilə yadda qaldı. Şəhər çox gözəl, isti iqlimi və dostcanlı insanları ilə diqqət çəkir. Boş vaxtımda gedə biləcəyim çox yer vardı: köhnə şəhərdə gəzintiyə çıxdım, yerli restoranlara və kafelərə baş çəkdim. Bütün bunlar çox rahat bir atmosfer yaratdı və mən özümü sadəcə pasient kimi yox, həqiqətən səfərdən zövq alan biri kimi hiss etdim.
Amir / İzrail
35 yaş
Read More
Mən Bakıya artıq burada müalicə almış tanışlarımın tövsiyəsi ilə gəldim. Bir neçə implant qoydurmalıydım və kompleks müalicə keçməliydim. Mən beynəlxalq pasiyentlərə ixtisaslaşmış klinikalardan birini seçdim və ilk tanışlıqdan başa düşdüm ki, düzgün seçim etmişəm. Hər şey yüksək səviyyədə idi: klinika müasir, təmiz, yeni avadanlıqla təchiz olunmuşdu, mütəxəssislər isə peşəkar və diqqətcil idi. Mənimlə işləyən həkim dostcanlı idi, hər bir müalicə mərhələsini izah etdi və bütün suallarıma cavab verdi.
Previous
Next

Müraciət Forması

Pulsuz onlayn-konsultasiya üçün yazılın

Ünvan

Bakı, Azərbaycan

Telefon

+994 (70) 227-40-10

E-mail

info@drbaku.com

Paylaş:

Facebook
Twitter
LinkedIn
WhatsApp